Ümid qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evinin tikintisinə başlanılıb

Ümid qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evinin tikintisinə başlanılıb
17:18 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evi-uşaq bağçasının tikintisi işlərinə başlanılıb.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, müvafiq Dövlət Proqramına uyğun olaraq 294 nömrəli orta məktəb üçün 20 siniflik əlavə tədris korpusu tikilərək istifadəyə verilib. Eləcə də məcburi köçkün ailələri üçün 200 mənzilli 3 yeni yaşayış və 1 yeni məktəb binasının inşası başa çatdırılaraq istismara verilib.
Bundan əlavə, 300 mənzilli yeni yaşayış binalarının, bağçanın və yeni parkın tikintisinə hazırlıq işləri gedir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umid_qesebesinde_Heyder_Aliyev_Fondunun_tesebbusu_ile_korpeler_evinin_tikintisine_baslanilib-825815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR