Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti qismət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətini rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, saat 22:00-da Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsindən İzmir küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd edilən ərazidə yolun hərəkət hissəsində üfüqi nişanlanma işləri həyata keçiriləcək. Bu səbəbdən maşınların hərəkəti qismən məhdudlaşdırılacaq.
Sabah ərazidə avtomobillərin hərəkəti tam təmin olunacaq.