Arvadını öldürən qısqanc ərə 10 il 6 ay həbs

Arvadını öldürən qısqanc ərə 10 il 6 ay həbs
17:24 19 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  həyat yoldaşını öldürməkdə təqsirli bilinən Elsever Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə E. Şükürov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə Xətai  rayonunun Əhmədli qəsəbəsində baş verib.E. Şükürov qısqanclıq zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəqsanə Rəfail qızı Şükürovanı bıçaqlayaraq öldürüb.

Ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR