20 Yanvar hadisələri xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktıdır

17:28 19 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı anma tədbiri keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun müavini, texnika elmləri doktoru Hikmət İbrahimov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi haqqında danışıb. Yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olduğu vurğulanıb.
H.İbrahimov həmin dəhşətli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını xüsusi qeyd edib.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin bəşər tarixində qanla yazılmış səhifə olduğunu, faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıblar.
Sonda 20 Yanvar faciəsi ilə bağlı videoslayd nümayiş olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hadiseleri_xalqimiza_ve_butovlukde_beseriyyete_qarsi_toredilmis_soyqirimi_aktidir-825826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR