Məkkədə boynu vurulan qadın: "Vallah, günahım yoxdur!" - FOTO

Məkkədə boynu vurulan qadın: "Vallah, günahım yoxdur!" - FOTO
17:37 19 Yanvar 2015
242 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 6 yaşlı ögey qızına təcavüz etməkdə və onu qətlə yetirməkdə suçlanan qadın edam olunub. Şəhər meydanlarından birində onun başı vurulub.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Leyla binti Əbdül Mütaleb Bəssimin başını bədənindən ayırmaq üçün cəllad qılıncla iki zərbə vurmalı olub.
Edama aparılan qadın qışqırır, nalə çəkir, günahsız olduğunu deyirdi.
 
Onun başı bədənindən ayrılmazdan az öncə də Leyla "Öldürməyin! Vallah, billah günahım yoxdur. Böhtan qurbanıyam" qışqırıb: "Haram! Haram! Haram! Məni səni bağışlamıram! Mən kimsəni öldürməmişəm!"
 
Məkkə şəhərinin Şəriət məhkəməsinin qərarında bildirilir ki, Leyla binti Əbdül Mütaleb Bəssim 6 yaşlı ögey qızını döşəməsilənin taxta dəstəyi ilə zorlayandan sonra onu qətlə yetirib.
 
İlin əvvəlindən bəri Səudiyyə Ərəbistanında 10 nəfər edam edilib.
 
Milli.Az
 
  





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR