20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş sərgi

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş sərgi
17:38 19 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Z.Mansurova, AzərTAc
Yanvarın 19-da Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsinə həsr edilmiş əsərlərindən ibarət sərgi açılıb.
AzərTAc xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, ölkəmizin hər yerində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Sərgidə şəhidlərimizin xatirəsinə ithaf edilmiş 20-dən çox rəssamın əsərinin yer aldığını bildirən natiq deyib ki, fırça ustalarının hər birinin əsərində o qanlı faciədən bir element, bir yanaşma özünü göstərir. Çünki bu rəssamların hər biri o faciəni gözləri ilə görmüşdür.
Bu gün sərgilənən “20 Yanvar 1990-cı il”, “Unudulmaz faciə”, “Ana fəryadı”, “Şəhid”, “Kədər anı” və digər tablolarda o qanlı faciənin bir anı əbədiləşdirilib.
Boyakarlıq, qrafika üslublarında işlənmiş tabloları seyr edən iştirakçılar bir anlıq o günlərə qayıdır, bu faciəni törədənlərin əməllərindən heyrətə gəlirlər.
Sərgi üç gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresine_hesr_edilmis_sergi-825828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR