"Facebook" itkin düşənləri axtarmağa kömək edəcək - YENİLİK

"Facebook" itkin düşənləri axtarmağa kömək edəcək - YENİLİK
17:39 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkəti itkin düşmüş uşaqların axtarışı ilə məşğul olan "National Center for Missing and Exploited Children” təşkilatı ilə saziş imzalayıb. Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, saziş çərçivəsində şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya işləyən istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər (AMBER Alerts) göstərəcək.

“AMBER Alerts” uşağın fotoşəkilinin, onun əlamətlərinin, hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qısa təsvirin, eləcə də ətraflı məlumat üçün linkin daxil olduğu bildirişdir.

“Facebook”da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. “AMBER Alerts” əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq, lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir.  

Bundan əvvəl “AMBER Alerts” proqramı "Facebook”da işləsə də, ayrıca ümumi səhifə olmayıb.

Hazırda isə sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq,

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR