Azərbaycanda saxlanılan nurçuların məhkəməsi davam etdirilib

17:42 19 Yanvar 2015
166 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 17:40 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərdən İsmayıl Məmmədov ifadə verib. İ. Məmmədov özünü təqsirli bilmədiyini, məqsədlərinin dini biliklərini artırmaq və bu bilikləri yaymaq olduğunu deyib. 

 

Proses yanvarın 30-da davam etdiriləcək.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanları ötən il aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

 

Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

 

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

 

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR