Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib

Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib
17:43 19 Yanvar 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görüşlər intensivləşib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Rövşən Muradov Bolqarıstan, Çexiya, Belçika və Finlandiyada bir sıra görüşlər keçirərək növbəti foruma hazırlıqlara dair geniş müzakirələr aparıb.

R.Muradov Bolqarıstanda sabiq Prezident Petar Stoyanov, Çexiyada eks-prezident Vaslav Klaus, sabiq Baş nazir Jan Fişer, Belçika Krallığında Beynəlxalq Qadın Parlamentarilər Təşkilatı, Ekspertlər qrupu, Finlandiyada isə sabiq Prezident Tarya Halonen, BMT baş katibinin xüsusi müşaviri Elizabet Rehn, Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistana akkreditə olunmuş səyyar səfiri Krister Mikelsson ilə görüşlər keçirib.

Görüşlərdə Qlobal Müştərək Cəmiyyətlər Forumunun getdikcə artan əhəmiyyəti qeyd olunub və bildirilib ki, forum qlobal liderlərdən ötrü bəşəriyyəti narahat edən problemlərin müzakirəsi üçün önəmli beynəlxalq platformaya çevrilib. Dünyanın tanınmış nüfuzlu liderləri bu dəfə “Yeni dünya düzənində etimadın yaradılması" mövzusunu müzakirə edərək yaranmış problemlərdən çıxış yollarını axtaracaqlar. Forumda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR