Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək
17:43 19 Yanvar 2015
402 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvəti ilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Brüsselə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, NATO-nun “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklərin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirələr aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Silahli_Quvvelerinin_Bas_Qerargah_reisi_NATO_nun_toplantisinda_istirak_edecek-825832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR