20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir

20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir
17:43 19 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
“Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirilib.
Tədbir 20 Yanvar Şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında Qanlı Yanvarın özünəməxsus yeri olduğunu bildirib.
Qeyd olunub ki, bu hadisə təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilir. Bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə vermədi və əksinə, milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan verdi.
Tədbirdə çıxış edənlər Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıblar.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Azerbaycanin_suverenliyi_istiqlaliyyeti_ve_erazi_butovluyu_ugrunda_mubarizenin_remzidir-825831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR