Bakının mərkəzi bağlanacaq - SİYAHI

Bakının mərkəzi bağlanacaq - SİYAHI
17:52 19 Yanvar 2015
125 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvar günü Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah səhər saat 07:00-dan etibarən Parlament prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Milli.Az-a verdiyi məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti, Şəhidlər Xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

V.Əsədov deyib ki, ziyarətə gələnlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədiylə Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binası yanından, Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti, eyni zamanda Mikayıl Müşfiq dairəsinin Mətbuat prospektləri kəsişməsindən, həmçinin Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrinin kəsişməsindən Parlament prospekti istiqamətində hərəkət tam məhdudlaşdırılacaq.

Şöbə rəisi xəbərdarlıq edib ki, vətəndaşlar göstərilən yollardan yox, alternativ yollardan istifadə etsinlər.

O xatırladıb ki, sabah həm də günorta saat 12-də yollarda 1 dəqiqəlik sükut elan olunacaq.

Elşən İmanov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR