Ucarda prokurorluq işçisinin də öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıb

Ucarda prokurorluq işçisinin də öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıb
17:53 19 Yanvar 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Ucarda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Taryel Şahkərəm oğlunun Bakı istiqamətində idarə etdiyi beton qarışdıran yük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mersedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanıb.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin Göyçay rayon prokurorunun böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölüb, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət alıb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR