Daşınan qeyri-neft yüklərinin həcmi 3,4 faiz artıb

Daşınan qeyri-neft yüklərinin həcmi 3,4 faiz artıb
17:53 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Ötən il Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 222 milyon ton və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən 1,9 faiz çox yük daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,4 faiz artaraq 159 milyon tona çatıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58 faizi avtomobil nəqliyyatı, 27,7 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,5 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR