“Qanlı Yanvar” Şəhidlər Xiyabanında (FOTO)

“Qanlı Yanvar” Şəhidlər Xiyabanında (FOTO)
17:56 19 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qanlı Yanvar” filminin yaradıcı heyəti filmin primyerasından əvvəl Şəhidlər Xiyabanını ziyarət edib.

ANS PRESS-in məlumatına görə, rejissor Vahid Mustafa Yev, “Qanlı Yanvar” filmininə çəkilən xarici aktyorlar-türkiyəli aktrisa Nəbahət Çehrə, aktyor Leyn Devis və digər aktyorlar şəhidlərimizin ruhunu yad ediblər.

Filmin yaradıcı heyəti Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin məzarına da baş çəkib. Onlar Çingiz Mustafayevin məzarı üzərinə gül dəstələri qoyublar. Yaradıcı heyət, həmçinin Türk Şəhidliyini də ziyarət ediblər.

Daha sonra Fəxri Xiyabana gələn filmin yaradıcı heyəti ümumilli lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələr əsasında çəkdiyi “Qanlı Yanvar” filminin Nizami Kino Mərkəzində premyerası baş tutacaq.













































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR