Yanvar qırğınına ilk kəskin etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olub

17:58 19 Yanvar 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq Heydər Əliyev verdi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Samux şəhərindəki Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildiriblər ki, konfransın əsas məqsədi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, milli-mənəvi dəyərlərimizin gənclərə izah edilməsi, onlarda doğma Vətənə sevgi, məhəbbət hisslərinin, vətənpərvərlik ruhunun aşılanması və Azərbaycan tarixinin təbliğ olunmasından ibarət olub.
YAP rayon təşkilatının və Samux şəhərindəki Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən konfransda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən YAP Samux rayon təşkilatının sədri G.Bayramov 20 Yanvar faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu, eyni zamanda, ən yeni tariximizə qürur və məğrurluq günü kimi daxil olduğunu bildirib.
Vurğulanıb ki, bu qanlı hadisəyə ilk kəskin etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını böyük təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və burada keçirdiyi mətbuat konfransında bu hadisəni törədən imperiya rəhbərlərinin kəskin şəkildə tənqid edib. Ümummilli liderimiz Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Bildirib ki, qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.
Konfransda qeyd edilib ki, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizdə qürurverici və şərəfli gün kimi əksini tapıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_qirginina_ilk_keskin_etirazini_bildiren_umummilli_liderimiz_Heyder_Aliyev_olub-825844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR