20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

17:58 19 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə muzeyin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov xalqın yaddaşında silinməz izlər buraxmış o dəhşətli gecədən 25 il keçməsinə baxmayaraq hər il 20 yanvarın ümumxalq hüzn günü kimi yad edildiyini, xalqımızın bu ağrıları heç vaxt unutmayacağını söyləyib.
Tədbirdə “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Milli Konservatoriyanın müəllim və tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının 20 Yanvar faciəsinə həsr etdikləri musiqi əsərləri səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR