Rus hərbçinin yaraladığı 6 aylıq uşaq da ölüb

Rus hərbçinin yaraladığı 6 aylıq uşaq da ölüb
17:59 19 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Rus hərbçi Valeri Permyakovun Gümrü şəhərində Avetisyan ailəsinin yaşadığı evə hücumu nəticəsində yaralanmış 6 aylıq Seryoja Avetisyan xəstəxanada dünyasını dəyişib.

 

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Qeyd edilir ki, yerli və xarici həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

6 aylıq S. Avetisyanda ürək-damar, ciyər və böyrək çatışmazlığı əmələ gəlib. Nəticədə bu faktorlar uşağın ölümünə səbəb olub.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR