İzmitdə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq

İzmitdə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq
14:38 25 Dekabr 2014
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin İzmit şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq. Bu barədə Trend Türkiyənin "Marasgundem" internet portalına istinadən xəbər verir.

Məlumata əsasən, İzmit bələdiyyə başçısı bildirib ki, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün bundan sonra da hər cür fəaliyyət göstərəcəklər.

Məlumatda o da qeyd olunur ki, abidənin üzərində Xocalı faciəsi zamanı qətlə yetirilən insanların adları yazılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR