Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
18:08 19 Yanvar 2015
148 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Latviyanın Kuldiqa şəhərində atletika üzrə “Kuldiqa Catherina Cup” Beynəlxalq turniri təşkil olunub.
AzərTAc xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, 17 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi məşqçi Elvin Əliyevin rəhbərliyi altında Rahib Məmmədov təmsil edib.
Turnirdə 60 metr məsafəyə sədlərlə qaçış yarışlarının təsnifat mərhələsində 7,97 saniyə nəticə ilə atletimiz finala yüksəlib. Həlledici mərhələdə R.Məmmədov 7,95 saniyə göstərici ilə bürünc medala sahib olub. Bu nəticə ilə atletimiz şəxsi nəticəsini yaxşılaşdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR