Qaradərili yeniyetmənin ölüm kadrları yayıldı (VİDEO)

Qaradərili yeniyetmənin ölüm kadrları yayıldı (VİDEO)
14:51 25 Dekabr 2014
75 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missuri ştatında polis tərəfindən qətlə yetirilən qaradərili gəncin öldürülməsi ilə bağlı etiraz aksiyaları gecə boyunca davam edib. Berkli şəhərində də bir qrup etirazçı yerli yanacaqdoldurma məntəqəsi yaxınlığında görüşərək yürüş keçiriblər. Yürüş zamanı etirazçılar nəqliyyatın hərəkətini bağlamağa çalışıb.

ANS TV-nin verdiyi məlumata görə təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə əsasən, polisin qaradəriliyə atəş açması ilə bağlı gətirilən səbəb təsdiqini tapıb. Polis gəncin ona silah tuşladığı üçün qaradəriliyə atəş açdığını demişdi. Sent-Luis şəhərinin meri Teodor Hoskins araşdırmalar zamanı görüntülərdən istifadə edəcəklərini deyib.

Teodor Hoskins :”Ötən gecə videokadrlara baxmaq imkanım oldu. Baş vermiş hadisə insanların təsvir etdiyi kimi deyil. Orada silahını çıxarıb gəzən polis deyil. Bu hadisəni Ferqüson və ya Nyu York hadisələri ilə müqayisə etmək də doğru olmaz. Qardnerin ölümünə dair videodəlil var idi. Ferqüson faktına dair görüntü çıxmadı. Lakin burada bizim videomuz var və biz istintaqda bundan istifadə edəcəyik. Əsas məqsədimiz insanlara həqiqəti çatdırmaqdır. Polis atəş açmazdan öncə şübhəli şəxs ona doğru silah tuşlayıb. Ferqüsondan fərqli olaraq burada təhrikedici polis olmayıb”.

Berkli polisi aksiya ilə əlaqədar 8 nəfərin həbs olunduğunu açıqlayıb. Berkli şəhər meri sakinləri kütləvi aksiyalara qoşulmamağı çağırıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR