20 Yanvar - yazıçıların əsərlərində

20 Yanvar - yazıçıların əsərlərində
18:33 19 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Z.Mansurova, AzərTAc
Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb.
Çıxış edənlər yanvarın 19-dan 20-nə keçən gecədən başlayaraq sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakıya daxil olduğunu vurğulayıblar. O faciəli günlərdə şairlərin, yazıçıların fəal şəkildə haqq səsimizi dünyaya çatdırmağa çalışdıqları bildirilib.
AYB-in birinci katibi, xalq şairi Fikrət Qoca 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasını, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasını bildirib.
AYB-in sədr müavini Nazim İbrahimov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, “ Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri Qəşəm Nəcəfzafə, şair Oqtay Rza çıxışında xalqımızın mərd övladları ilə həmişə qürur duyduqlarını, 20 Yanvar faciəsinin gənclərin yaddaşında həmişə qalacağını söyləyiblər. İyirmi beş il əvvəl baş vermiş hadisəni şair və yazıçılarımızın öz əsərlərində bədii boyalarla əks etdirdiyi bildirilib.
Tədbirdə şairlər şəhidlərə ithaf etdikləri şeirlərini oxuyublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar___yazichilarin_eserlerinde-825864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR