Moskvaya yağan güclü qar şəhərdə həyatı iflic edib

14:52 25 Dekabr 2014
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:47 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtına güclü qar yağıb.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 24-də gecə saatlarından başlayaraq fasiləsiz yağan qar Moskva şəhərində həyatı iflic edib. Moskva dairəvi yolunda hərəkət tamamilə dayanıb. Şəhər mərkəzi istiqamətində uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb. “Yandex” axtarış sistemi səhər saatlarında tıxacın 10 bal olduğunu göstərib.

 

Tıxac əsasən Moskva dairəvi yolu, Üçüncü dairəvi yol, Sadovıy dairəvi yolu, Leninqrad, Volqoqrad, Ryazan və Varşava prospektlərində müşahidə olunur. Moskvanın mərkəzi küçələri olan Pokrovka, Maroseyka, Bolşaya Lubyanka, 1-ci Tverskaya-Yamskaya küçələrində nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.
 

Şəhər meriyası mərkəzi küçələrin təmizlənməsinə minlərlə texnika və canlı qüvvə ayırıb. Qarın dayanmadan yağması küçələrin təmizlənməsinə mane olur. Küçələrin kənarında hündürlüyü bir metrə çatan qar topalarına rast gəlmək olur.
 

Sinoptiklər növbəti günlərdə qarın yağmağa davam edəcəyi barədə xəbərdarlıq ediblər. Axşam saatlarından isə temperaturun daha da aşağı düşməsi müşahidə olunacaq. Yolların buz bağlayacağı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR