Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb

Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb
19:03 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycanda rəqəmli TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb və bu göstərici ilə ölkəmiz MDB ölkələri arasında ön sıralarda yer alıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin illik hesabatına əsasən, ötən il ölkədə televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41 müxtəlif təyinatlı radio-TV avadanlığı istismara verilib. Dövlət büdcəsindən ayrılmış 8 milyon manat vəsait hesabına Bakı və Abşeron yarımadasını əhatə edən şəbəkənin qurulması məqsədilə Mehdiabad və Yeni Günəşli yaşayış massivlərində radiomonitorinq məntəqələri tikilib, müvafiq avadanlıq quraşdırılıb. Hazırda Sahil qəsəbəsində stasionar radiomonitorinq məntəqəsi yaradılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_reqemli_TV_nin_ehate_dairesi_99_faize_chatdirilib-825874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR