Qızıl bahalaşır... Zinət dükanlarında isə durğunluqdur

Qızıl bahalaşır... Zinət dükanlarında isə durğunluqdur
19:27 19 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncədə ən çox qızıl-zinət əşyalarının ticarət yeri şəhərin mərkəzi univermağıdır.  

TTV (Region TV) xəbər verir ki, burada hər qiymətə və zövqə uyğun mal tapmaq mümkündür. Sözügedən qızıl dükanlarında son günlərdə qiymət artımı müşahidə olunur. Apardığımız sorğu zamanı alıcılar qiymətlərin müxtəlif və qaneedici olduğunu bildiriblər.

Onlar qızıl məhsullarında bahalaşmanın nadir bir hadisə olmadığını və ənənəvi hala çevrildiyini qeyd edirlər. Məlumat üçün deyək ki, son bir həftə ərzində qızılın qiyməti dünya bazarında 30 faizədək artıb. İndi dünya birjasında qızılın 1 unsiyası 1265 dollara təklif olunur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR