20 Yanvar - Azərbaycan xalqını müstəqilliyə aparan yolun başlanğıcıdır

20 Yanvar - Azərbaycan xalqını müstəqilliyə aparan yolun başlanğıcıdır
19:33 19 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, mərasimdə bu elm müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abidinov, 1988-1989-cu ildən etibarən Azərbaycanda xalq hərəkatının başlandığını qeyd edib. Bildirilib ki, hələ sovet ittifaqı dövründə Ermənistan əzəli Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürürdü. Ermənistan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında qərar qəbul etmişdi. SSRİ Konstitusiyasında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu təsbit edilsə də, hakimiyyət orqanları bu qərarların qarşısının alınması üçün heç bir təsir göstərmirdi. Ona görə də, Azərbaycan xalqı ayağa qalxmalı oldu. SSRİ dövləti xalqın hakimiyyətə qarşı çıxışlarını bəhanə gətirərək 1990-cı il yanvarın 19-da Bakı şəhərinə qoşun yeritdi. Bakının küçə və meydanlarında günahsız insanların qanı axıdıldı.
Vurğulanıb ki, 20 Yanvar hadisələrinə əsil siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra verilib.
İnstitutun materialşünaslıq laboratoriyasının müdiri Fikrət İsmayılov, fizika-riyaziyyat elmləri doktoru Hidayət Nuriyev, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və başqaları 20 Yanvar haqqında xatirələrini bölüşüblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR