Konseptual, fərqli Infiniti Q60 - VİDEO - FOTO

Konseptual, fərqli Infiniti Q60 - VİDEO - FOTO
19:42 19 Yanvar 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

Infiniti yeni BMW 4-Series ilə rəqabət aparmaq fikrinə düşüb. Bu məqsədlə yaponlar Detroyta yeni konseptual Q60 kupeni gətiriblər. Təqdimatda maşının seriyaya gələn il göndəriləcəyi elan edilib. Avtomobil 3,0 litrlik turbo V6 və elektik mühərriklərindən ibarət hibrid qurğusu ilə komplektləşdirilib. Onun toplam gücü 450 at gücünə bərabərdir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Q50 sedan kimi arxa ötürməli Q60 kupe də firma Direct Adaptive Steering sükan idarəetmə sistemi ilə təchiz olunub. Yeni Infiniti modeli Sanderlenddəki (B. Britaniya) zavodda istehsal olunacaq. Şirkətin Avropadakı ilk zavodunun tikintisi hazırda davam edir. Satışların 2016-cı ildə başlanacağı güman edilir.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/319403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR