Ermənistanda qorxuya düşdülər

Ermənistanda qorxuya düşdülər
19:46 19 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə polis postları gücləndirilmiş rejimə keçib.

ANS PRESS-in məlumatına görə, Rusiya konsulluğu və 102 saylı hərbi bazanın ərazisində təhlükəsizlik tədbirləri daha da artırılıb.

Polis postları Seryoja Avetisyanın ölümü ilə bağlı hər hansı hadisələrin qarşısını almaqdan ötrü gücləndirilib. Ehtiyat edilir ki, ölkədə yenidən etiraz aksiyaları başlasın.

Qeyd edək ki, yanvarın 12-də Rusiya hərbi qulluqçusu Valeri Permyakov Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Avtomatın gülləsi qurtardığına görə Permyakov 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb. Lakin o yaralanıb. Bu gün isə 6 aylıq körpə xəstəxanada ölüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR