David Məmmədov: “Azərneftyağ”ın fəaliyyətinin dayandırılması yanacağın keyfiyyətinə təsir etməyəcək

14:57 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:54 ]

Bakı. Aqşin Rafiqoğlu, Aynur Əliyeva - APA-Economics. “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

 

“Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha yaxşılaşdıracaq”, - deyə D. Məmmədov qeyd edib.

 

Vitse-prezident əlavə edib ki, hazırda “Azərneftyağ” zavodunun tamamilə bağlanmasından söhbət gedə bilməz, çünki hazırda sözügedən müəssisədə bitum istehsalı aparılır.

 

D. Məmmədov bildirib ki, “Azərneftyağ”ın fəaliyyətinə tamamilə 2018-ci ildə, yəni “Heydər Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra mümkün ola bilər”.

 

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov isə qeyd edib ki, "Azəreftyağ"ın fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Vitse-prezident bunu tikilməkdə olan yeni Neft-qaz emalı və Neft-kimya Kompleksi qeyd olunan tarixdə istismara verilməsi ilə əlaqələndirib.

 

Xatırladaq ki, SOCAR-ın 2014-cü il 24 dekabr tarixli əmri ilə “Azərneftyağ” Neft Emalı Zavodunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla gələn ilin yanvarın 1-dən fəaliyyətinə xitam verilməsi barədə qərar verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR