Şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daim yaşayacaq

19:48 19 Yanvar 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Komissiyanın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimdə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komissiyanın sədr müavini Vəfadar Misirov çıxış edərək bildirib ki, xalqımıza qarşı törədilmiş bu ağır cinayət öz torpaqlarının müdafiəsinə qalxan, eyni zamanda, azadlıq uğrunda mübarizə aparan Azərbaycanın və onun məğrur xalqının mübarizlik əzmini qırmağa, bununla da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaratmağa yönəlmişdi. 1990-cı il 20 Yanvar gününün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V.Misirov qeyd edib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra çıxış edən Komissiyanın baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar və ona aparan yol barədə məlumat verib, qan yaddaşımıza əbədi həkk olunmuş bu günün, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR