Təhsil Nazirliyində 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Təhsil Nazirliyində 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
19:48 19 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, İbrahim Əsədov, AzərTAc 
Yanvarın 19-da Təhsil Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu tərəfindən Bakıda və respublikamızın digər şəhər və rayonlarında dinc əhaliyə qarşı qanlı cinayət həyata keçirilib. O gecə günahsız uşaqlar, qadınlar, qocalar, gənclər amansızlıqla güllələniblər.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənlərə qarşı qətiyyətlə etirazını bildirib. Ümummilli liderin təşəbbüsü ilə ilk dəfə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib.
20 Yanvar hadisələrinin tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu qeyd edən nazir müavini vurğulayıb ki, bu hadisələr xalqımızın demokratiya və azadlıq mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirib.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin səbəblərindən bəhs edib, bu hadisələrin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini, şəhidlərin xatirəsinin ürəklərdə zaman-zaman yaşayacağını söyləyiblər.
Sonra 20 Yanvara həsr olunan film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyinde_20_Yanvar_sehidlerinin_eziz_xatiresi_anilib-825899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR