Nazir telefon çəkilişinə görə qanunsuz pul alanlara xəbərdarlıq etdi

Nazir telefon çəkilişinə görə qanunsuz pul alanlara xəbərdarlıq etdi
19:52 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2014-cü ilin yekunları üzrə keçirilmiş kollegiya iclasında "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinin rəhbərliyini özəl sektorun üzləşdiyi problemlərin aradan qaldırılması zərurəti barədə xəbərdar edib.

Onun sözlərinə görə, stasionar rabitə operatorlarına özəl provayderlərin inkişafı üçün şərait yaratmağı dəfələrlə tapşırıb: "Özəl biznesin üzləşdiyi problemlərə görə məsuliyyət əsasən stasionar rabitə operatorlarının üzərinə düşür".

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Ə.Abbasov qeyd edib ki, özəl biznes sektorun inkişafında vacib rol oynayır: "Onun inkişafına dövlət operatorlarına yardım göstərilməsi baxımından nəzərə almaq lazımdır".

Nazir əlavə edib ki, əgər özəl şirkətlər öz kapital qoyuluşları hesabına xidmətlər göstərmək niyyətindədirlərsə, onlar üçün şərait yaratmaq lazımdır: "Lakin müşahidələrimizə əsasən, onların hamısına eyni şərait yaradılmır. Qərəzli münasibət şikayətlərin yaranmasında, xidmətlərin keyfiyyətinin azaldılmasında və məqbul tariflərin formalaşdırılmasının qeyri-mümkünlüyündə əsas səbəbdir. Mən axırıncı dəfə xəbərdarlıq edirəm ki, bu, korrupsiya elementidir. İndiki halda mənfi və kobud cəzalanmanı tələb edən faktorlar ön plana çıxır. Burada "özümüzünkülər" və "yadlar" ayırımı olmalı deyil. Rəqabət mühiti ədalətli olmalıdır, çünki ədalətli rəqabət mühiti olmadan inkişafdan danışmaq olmaz".

Ə.Abbasov bildirib ki, qeyd edilən problemlərin həlli prosesinə nəzarət edəcək. Bundan başqa, qurum rəhbəri telefon xətlərinin çəkilməsi zamanı abonentlərin üzləşdiyi problemləri aradan qaldırmağı tapşırıb. Onun sözlərinə görə, 2014-cü ildə quruma bununla bağlı 366 şikayət daxil olub.

Nazir vurğulayıb ki, bu rəqəmin kiçik olmasına baxmayaraq, həmin göstəricini sıfıra endirmək lazımdır: "Abonentlərin üzləşdiyi problemlər onlardan telefon xəttinin çəkilməsinə görə rəsmi müəyyən edilmiş ödənişdən əlavə pul tələb edilməsi ilə əlaqədardır. Bütün bu mənfi hallar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tənzimlənir, oradan bizə şikayətlər daxil olur".

Ə.Abbasov abonentlərlə bütün danışıqları yazmağı, onların şikayətlərinə ciddi yanaşmağı və yaranan bütün problemləri aradan qaldırmağı tapşırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR