Doğu Perinçəkin Türkiyəni tərk etmək qadağası ləğv edilib

Doğu Perinçəkin Türkiyəni tərk etmək qadağası ləğv edilib
19:54 19 Yanvar 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Türkiyənin İşçi Partiyasının lideri və Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçəkin ölkə hüdudlarını tərk etmək qadağası ləğv edilib.


 

Bu barədə APA-ya D. Perinçəkin vəkili, İşçi Partiyası sədrinin müavini Məhmət Cengiz məlumat verib.

 

Qadağanın ləğvi qərarının Ali Məhkəmənin bu gün axşam qəbul etdiyini deyən vəkil Məhmət Cengiz əlavə edib edib ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının yanvarın 28-də keçiriləcək iclasında D. Perinçək də iştirak edəcək.

 

APA-ya daxil olan məlumata görə, Böyük Palatanın iclasında iştirak etməyə gedəcək olan vəkillər heyəti artıq  hazırlıqlarını  tamamlayıb. D. Perinçək və vəkillər heyəti yanvarın 27-də Strasburqa yola düşəcək.

 

Qeyd edək ki, “Ergenekon” adı verilən prosesdə 6 il həbsdə qalandan sonra D. Perinçək keçən ilin yanvarında həbsdən çıxsa da, onun xaricə çıxması yasaq edilmişdi.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR