Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş

Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş
20:08 19 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının törətdiyi qətliamdan söhbət açılaraq bildirib ki, bu hadisə SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı idi.
Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi və siyasi qiymət verilib. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi ehtiramla qeyd edilir, azadlıq mücahidlərinin əziz xatirəsi həmişə dövlətimiz və xalqımız tərəfindən əziz tutulur, onların ailə üzvlərinə lazımı diqqət və qayğı göstərilir.
Görüşdə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın geri qaytarılacağına, öz vətənlərində qaçqın və köçkün həyatını yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına dönəcəklərinə inam ifadə olunub.
“20 Yanvar” Cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri və əlillər görüşdə çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardımlar edilib.
Qanlı 20 Yanvar hadisələrində Lənkəran rayonundan 5 nəfər- Asif Əsədullayev, Mircamal Əbülfətov, Telman Bağırov, Azad Mirzəyev və Əflatun Kazımov şəhid olublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_20_Yanvar_sehidlerinin_aile_uzvleri_ile_gorus-825906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR