Yəmənin informasiya naziri: ölkədə dövlət çevrilişinə cəhd olub

Yəmənin informasiya naziri: ölkədə dövlət çevrilişinə cəhd olub
20:13 19 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yəmənin paytaxtı Səna şəhərində baş vermiş toqquşmalarda bir nəfər həlak olub, üç nəfər isə yaralanıb. Bu barədə respublikanın informasiya naziri Nadiyə əs-Səqqaf məlumat verib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri və şiə üsyançılar (husilər) arasındakı toqquşmalar yanvarın 19-u səhər saatlarından başlayıb. Dövlət televiziyasında atəşkəsəsə nail olunduğu barədə xəbərlər verilsə də, KİV-lər döyüşlərin davam etdiyini yazırlar.
Bir qədər əvvəl üsyançıların dövlət informasiya agentliyinin və peyk telekanalının binalarını ələ keçirdikləri bildirilirdi. Hərbi əməliyyatlar zamanı dövlət müəssisələri və səfirliklər işlərini dayandırıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemenin_informasiya_naziri_olkede_dovlet_chevrilisine_cehd_olub-825907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR