Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir

20:23 19 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Pərvanə İmanova, AzərTAc
Yanvarın 19-da Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə A.Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb. Bildirilib ki, artıq 15 ildir universitetdə yapon dili ixtisası üzrə qəbul aparılır. Həmçinin hər il universitetdə yapon dili üzrə müsabiqə keçirilir.
BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib.
Vurğulanıb ki, BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.
Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.
Minoru Kiuçi BDU-da yapon dilinin tədrisindən məmnun qaldığını bildirib, iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Yaponiyalı qonaq gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Dovlet_Universitetinin_beynelxalq_elaqeleri_genislenir-825913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR