Təhsil Kompleksində “20 Yanvar faciəsini unutmuruq” mövzusunda tədbir

Təhsil Kompleksində “20 Yanvar faciəsini unutmuruq” mövzusunda tədbir
20:23 19 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, İbrahim Əsədov, AzərTAc 
Bakının 132-134 nömrəli Təhsil Kompleksində “20 Yanvar faciəsini unutmuruq” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Azərbaycanda qanlı hadisələr törədib, günahsız insanların qanını axıdıb. Tarixə qanla yazılan o müdhiş gecədə xeyli insan qətlə yetirilib, yüzlərlə adam yaralanıb.
20 Yanvar hadisələri zamanı gülləyə tuş gələnlər arasında məktəblilərin, o cümlədən bu təhsil müəssisəsinin 13 yaşlı şagirdi Larisa Məmmədovanın da olduğu qeyd edilib.
S.Xanlarova vurğulayıb ki, faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında 20 Yanvar faciəsini törədənlərə kəskin etirazını bildirib, imperiya tərəfindən həyata keçirilmiş bu qanlı cinayəti bütün dünyaya bəyan edib. Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi -siyasi qiymət verilib.
Təhsil Kompleksinin direktoru qeyd edib ki, qanlı qırğından 25 il keçsə də, o müdhiş gecə heç zaman yaddan çıxmayacaq. 20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir. Doğma Vətən, torpaq yolunda canlarından keçən şəhidlərin xatirəsi əbədi yaşayacaqdır.
S.Xanlarova Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin dinamik inkişaf etdiyini bildirib.
Sonra 20 Yanvara həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Kompleksinde_20_Yanvar_faciesini_unutmuruq_movzusunda_tedbir-825912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR