Məryəm və Muradın yeni serialı niyə yubanır?

Məryəm və Muradın yeni serialı niyə yubanır?
20:26 19 Yanvar 2015
183 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Məryəm Üzərli və aktyor Murad Yıldırımın baş rollarda oynayacağı serialın yayımlanması yubanır.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yanvarda başlanılması gözlənilən serialın ssenarisində dəyişiklər olub.

Ərəb-türk ortaq istehsalı olan ekran işi üçün 5 ayrı ssenari qrupuna sifariş verilib. Təxmini 17 ssenari müəllifi 4 aydır ki, Məryəmi yenidən təqdim edəcək layihə üzərində çalışırlar.
 
9 müxtəlif ssenari hazır olsa da, şirkət onların heç birini bəyənməyərək, yeni müəlliflərlə çalışmağa qərar verib.

Bundan əvvəl zəhmət çəkən insanlara isə heç bir ödəniş edilmədiyi üçün narazılıqlar yaranıb. Şirkətin bəyənməməsində səbəb isə, xarici serialların türkləşdirilməsini qəbul etməməsidir.

Serialın ən azından iyuna qədər yubanacağı bildirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR