Böyük Britaniya İraqa göndərəcəyi hərbçilərin sayını azaltdı

Böyük Britaniya İraqa göndərəcəyi hərbçilərin sayını azaltdı
20:29 19 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya “İslam dövləti” qruplaşması ilə mübarizə üçün İraqa göndərəcəyi hərbçilərin sayını 4 dəfə azaldıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın “The Times” qəzetində yer alan məqalədə deyilir.

 

Bildirilir ki, Birləşmiş Krallıq İraqda hökumət qoşunlarına təlim keçmək məqsədi ilə göndərəcəyi 400 nəfərlik şəxsi heyətin sayında dəyişiklik edib. “Dəqiq rəqəm bildirilməsə də, Müdafiə nazirliyinin rəsmiləri qeyd edirlər  ki, heyət 100 nəfər təlimatçıdan ibarət olacaq,” – deyə qəzetdə bildirilir.

 

Hazırda İraqda 30 britaniyalı hərbi təlimatçının xidmət keçdiyi xəbər verilir. “The Times” qəzeti Londonun bu qərarını qarşıdan gələn seçkilərlə əlaqələndirib. Qəzetin yazdığına görə, Böyük Britaniya hökuməti seçkilər öncəsi britaniyalı hərbçilər arasında itkilərdən qaçmaq üçün bu addımı atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR