Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarına 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarına 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib
20:38 19 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin üzvü, faciənin canlı şahidi Kərim Kərimov gənclərə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli birliyini, azadlıq ruhunu sarsıtmaq üçün törədilən dəhşətli cinayət olduğunu qeyd edib.
Sonra 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.
Gənclər çıxışlarında 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir müzakirələrlə davam edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Gencler_Birliyinin_feallarina_20_Yanvar_faciesi_ile_bagli_melumat_verilib-825920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR