Moskvada çovğun, həyat iflic oldu

Moskvada çovğun, həyat iflic oldu
15:06 25 Dekabr 2014
139 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada güclü qar yağışı başlayıb. ANS PRESS-in məlumatına görə, güclü külək və qar yağışı artıq bəzi problemlər yaradıb. Belə ki, əsas magistral yollarda tıxaclar meydana gəlib. Avtomobillər saatlarla tıxacda qalıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyi axşama doğru vəziyyətin daha gərginləşəcəyini, tıxacların bir necə km-ə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq Vnukova hava limanı fəaliyyətini dayandırıb. Uçuş-eniş zolaqlarının təmizlənməsinə başlanılıb.
Moskva küçələrində qar təmizləmə işlərinə onlarla texnika cəlb edilib.

Sinoptiklərin məlumatına görə, qar axşama qədər yağacaq, külək güclənəcək, çovğun olacaq və yollar buz bağlayacaq. Qarın hündürlüyünün 20-sm-ə çatacağı gözlənilir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR