Hakim futbolçunun burnunu sındırdı (VİDEO)

Hakim futbolçunun burnunu sındırdı (VİDEO)
20:51 19 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Futbol hakimi Hollandiyanın aşağı liqalarından birinin oyunu zamanı dirsək zərbəsi ilə oyunçunun burnunu sındırıb.

ANS PRESS-in məlumatına görə, hadisə "Barendrext" və "Sxeveningen" komandalarının oyununda baş verib.

Epizodlardan birində hakim Vim Brosvort qayda pozuntusu qeydə alıb və bunu əl işarəsi ilə göstərib. Lakin, o, əlini geniş açarkən dirsəyi sol tərəfdə qaçan "Sxevening"li futbolçu Mitçell van Qastelin sifətinə dəyib.

Nəticədə futbolçunun burnu sınıb. 24 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR