585 at güclü Mercedes GLE63 - VİDEO - FOTOSESSİYA

585 at güclü Mercedes GLE63 - VİDEO - FOTOSESSİYA
20:57 19 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

Mercedes-Benz şirkəti Detroyt avtosalonunda GLE Coupe idman krossoverinin “qaynar” modifikasiyası – 585 at güclü Mercedes GLE63 AMG S Coupe kros-kupeni təqdim edib.
 
BMW X6 M modelinin rəqibi ön hissədə eninə tək plankalı radiator barmaqlığı, işıqdiod faraları və qara parlaq taxmalı iri ön hava çəpərləri ilə formalaşmış yaddaqalan dizayn nümayiş etdirir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yan tərəfdən yüngül lehimdən hazırlanmış 22 düymlük təkər diskləri və qırmızı əyləc tutqacları, arxa hissədə idman xaricetmə sisteminin dörd ədəd borusu diqqət çəkir.
 
“Qaynar” krossoverin salonu standart modelin interyerindən aşağısı düz yeni sükan çarxı, Nappa dərisi ilə üzlənmiş idman kürsüləri və tərtibatı ilə karbona bənzəyən modernzə edilmiş cihaz paneli ilə seçilir.
 
Yeni versiyanın standart kros-kupedən əsas fərqi 585 a.g. və 760 Nm fırlanma anı hasil edən 5,5 litrlik tvin-turbo V8 mühərrikidir. Onunla birgə çalışan yeddi pilləli AMG SPEEDSHIFT PLUS 7G-TRONIC transmissiyası fırlanma anını 4MATİC tam ötürmə vasitəsilə krossoverin dörd təkərinə ötürür.
 
Avtomobil 0-100 km/saat sürətlənməyə 4,2 saniyə vaxt sərf edir.
 
Mercedes-Benz GLE63 AMG S Coupe baza təchizatına ön panelin dəri üzlənməsi, istilənmə, havalanma və elektrik nizamlanma funksiyaları ilə ön kürsülər, paslanmayan metaldan pedallar və kəndarlar, AMG brend ayaqaltıları, dairəvi video görünüş kamerası, toqquşma öncəsi xəbərdarlıq sistemi, şinlərdə təzyiqə nəzarət sistemi, start-stop funksiyası və Harman Kardon audiosistemi daxildir.
 
Opsiyada avtomobil üçün 12 səsgücləndiricili Bang & Olufsen BeoSound AMG həcmli səsləndirmə akustik sistemi, unikal təkər diskləri, mühhərikin karbon qapağı, havanın ətirləndirilməsi və ionlaşdırılması AirBalance Package paketi, DISTRONIC PLUS adaptiv kruiz-kontrol və salonun karbon və royal lakı ilə işlənməsi təklif edilir.
 
Milli.Az















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR