Arxeologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21:08 19 Yanvar 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova hər il olduğu kimi bu il də 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin ehtiramla anıldığını qeyd edib. 1990-cı ilin yanvarında işğalçı sovet ordusunun qarşısına əliyalın çıxmış Azərbaycan xalqı milli iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Həmin dövrdə Moskvada yaşayan, xalqımızın ümummilli lideri Heydər Əliyev özünü və ailəsini təhlükə altında qoyaraq Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib, burada keçirdiyi mətbuat konfransında Qorbaçov rejiminin törətdiyi bəşəri cinayətə qarşı etiraz səsini ucaldıb.
Digər çıxış edənlər də həmin müdhiş gecədə xalqımıza qarşı törədilən cinayətdən danışıb, faciəli hadisənin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arxeologiya_Institutunda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR