“Şəhidlər ölməzdir” adlı tədbir keçirilib

“Şəhidlər ölməzdir” adlı tədbir keçirilib
21:18 19 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə “Şəhidlər ölməzdir” adlı tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “N” saylı hərbi hissəsində keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqına qarşı qanlı qırğın törədib. Xalqımızın azadlıq harayını boğmağa çalışan imperiya ordusuna qarşı mübarizə aparan mərd oğul və qızlarımız canlarını Vətən yolunda qurban verərək Azərbaycanı müstəqilliyə qovuşdurdular.
Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək, onların azadlıq mücadiləsini təbliğ etmək məqsədilə müəssisə və təşkilatlarda bir sıra tədbirlər keçirilir.
Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov 20 Yanvar hadisələrində yüzdən çox insanın öldürüldüyünü, 700-dək azərbaycanlının yaralandığını, 800-dən həmyerlimizin qanunsuz həbs edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə ölkəsinin, xalqının istiqlaliyyətini, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları şəhidlik zirvəsinə ucalıblar.
Milli Məclisin deputatları Aydın Mirzəzadə və Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizənin zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu vurğulayıblar.
Dövlət Sərhəd Xidmətinin zabit və əsgərlərinin qatıldıqları tədbir ədəbi-bədii kompozosiya ilə davam edib.
Sonda 20 Yanvar faciəsinə həsr edilmiş “Tarixin acısı - Qan yaddaşımız” adlı sənədli film nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_olmezdir_adli_tedbir_kechirilib-825945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR