Estoniyanın “Eesti Paevaleht” portalı Azərbaycan səfirliyinin cavab məktubunu yayıb

21:28 19 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Ötən ilin dekabrında Estoniyanın “Delfi” internet portalında bu ölkənin “Eesti Paevaleht” qəzetinin “Deputatların müstəqilliyi” adlı məqaləsi dərc edilmişdi. Məqalə bütövlükdə Estoniyanın daxili siyasi prosesləri ilə bağlı olsa da, burada Azərbaycanla bağlı qərəzli ifadə də işlədilmişdi.
Bununla əlaqədar, Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən “Delfi” internet portalının və “Eesti Paevaleht” qəzetinin baş redaktorunun adına məktub göndərilmişdi. Məktubda söz azadlığının hələ heç kimə demokratik dövlətlərə heç bir əsası olmayan damğaların vurulması hüququ vermədiyi qeyd edilərək, Azərbaycanda ən müasir standartlara uyğun keçirilmiş son prezident seçkiləri barədə məlumat verilmiş, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin müşahidə missiyalarının seçkilərin azad, şəffaf və demokratik keçməsi haqqında bəyanatları xatırladılmışdı. Bütün bunların ölkəmizin məruz qaldığı işğal və bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu şəraitdə baş verdiyi bildirilmişdi.
Məktubda baş redaktordan işlətdikləri ifadəyə görə təkzib verilməsi, yaxud səfirliyin məktubunun mətninin olduğu kimi dərc edilməsi tələb olunmuşdu.
Azərbaycanın Estoniyadakı səfirliyinin müşaviri Aybəniz Bayramovanın AzərTAc-a verdiyi məlumata görə, görülmüş tədbirlər nəticəsində səfirliyin məktubu “Eesti Paevaleht” internet portalında məqaləyə cavab kimi tam olaraq dərc edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Estoniyanin_Eesti_Paevaleht_portali_Azerbaycan_sefirliyinin_cavab_mektubunu_yayib-825949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR