Həm gündəlik, həm səyahət üçün Hyundai - VİDEO - FOTOSESSİYA

Həm gündəlik, həm səyahət üçün Hyundai - VİDEO - FOTOSESSİYA
21:42 19 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Hyundai şirkəti Detroyt avtosalonunda krossover və pikapın hibridi olan Hyundai HCD-15 Santa Cruz Crossover Truck Concept təqdim edib. Ehtimal edilir ki, xaricdən krossoverə bənzəyən pikap həm gündəlik işə gedib-gələrkən, həm də şəhərdən kənara səyahətlər zamanı uğurla istifadə edilə bilər.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, məhz buna görə Hyundai eyni avtomobildə həm effektli xarici görünüşü, həm də yanacağa qənaətcilliklə manevr imkanlarını birləşdirməyə çalışıb. Avtomobil “qəzəbli” işıqdiod faralar, altıbucaqlı şəbəkəli radiator barmaqlığı, Michelin şinləri geyindirilmiş böyük diametrli təkər diskləri və sarı rəngli Brembo tutqacları ilə birgə cəsarətli dizayna sahibdir.
 
Beş nəfərlik salona rahat daxil ola bilmək üçün qısa arxa qapılar qabaq qapıya qarşı taybatay açılır.
 
Hyundai Santa Cruz kapotu altında 190 a.g. (406 Nm) hasil edən iki litrlik turbo dizel mühərriki və tam ötürmə HTRAC All-wheel drive sistemi ilə təchiz edilən model hər 100 km məsafədə 7,8 litr yanacaq sərf edir.
 
Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/video/319396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR