Dendrologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

21:48 19 Yanvar 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Azərbaycanın müstəqilliyinin əldə olunmasında şəhidlərimizin rolundan danışıb. Bildirilib ki, 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib.
Tədbirdə 20 Yanvar hadisələri barədə geniş məlumat verilib, həmin günün Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli azadlıq məfkurəmizin oyanış günü olduğu vurğulanıb. Vurğulanıb ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır.
Sonda Qanlı Yanvar hadisəsinə həsr edilmiş sənədli film nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dendrologiya_Institutunda_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR