Moskva-Bakı aviareysi gecikir

Moskva-Bakı aviareysi gecikir
15:13 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Azad Həsənli/

Rusiya paytaxtında hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Moskva-Bakı aviareysi gecikir. Bunu cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən deyiblər.

QSC-dən qeyd ediblər ki, "Aeroflot"un təyyarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanına Bakı vaxtı ilə saat 15:00-da gələcəyi gözlənilirdi, lakin qarlı hava şəraitinə görə dövrə vuracaq: "Bununla əlaqədar saat 15:40-da Bakıya eniş edəcək. Qarlı hava şəraitində bu, adi haldır".

AZAL-dan bildiriblər ki, Rusiyadan uçuş cədvəlində hazırda digər dəyişiklik gözlənilmir.

Trend-in cümə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, əlverişsiz hava şəraitinə görə Moskvanın 3 beynəlxalq aerportunda onlarla reys yubanıb. "Vnukovo"da 20, "Domodedov"da 77, "Şeremetev"də isə 10 reys gecikir. Sərnişinlər daha çox Sankt-Peterburq, İtaliya, Almaniya, Kipr, Avstriya istiqamətində uça bilmirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR