Rus tankları Ukraynaya girdi?

Rus tankları Ukraynaya girdi?
22:05 19 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Baş nazir: "Hərbi texnika ilə yanaşı əsgərlər də Ukraynaya girib"
"Hərbi kəşfiyyatımızın verdiyi məlumata görə, Rusiyadan Ukraynaya canlı qüvvə və hərbi texnika girib"

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk açıqlama verib.

Baş nazir məsələni Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi ilə müzakirə etdiyini bildirib.

"Bu dəqiqələrdə mən MTMŞ-nın katibi ilə danışdım. Ukrayna hərbi kəşfiyyatı Rusiya ərazisindən Ukraynaya canlı qüvvə və xeysli sayda hərbi texnika keçdiyini təsdiqləyib. Ukraynaya keçən hərbçilər və texnika Rusiya ordusuna məxsusdur. Tanklar, Qaubiça, "Qrad" "Buk" sistemləri, Ukraynaya gətirilib", - deyə baş nazir bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində döyüşlər yenidən başlayıb. Rusiya meyilli separatçılar ordu qüvvələrinin mövqelərini atəşə tuturlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR